ABŞ-da Qarabağ məsələsi ona tapşırıldı

ABŞ-da Qarabağ məsələsi ona tapşırıldı
  24 Avqust 2017    Oxunub:2120
Avqustun 28-dən etibarən ABŞ-ın ATƏT-in Minsk Qrupunda yeni daimi həmsədri vəzifəsini Endryu Şofer icra edəcək.
AzVision.az xəbər verir ki, bunu ABŞ-ın ATƏT-ın müvəqqəti həmsədri Riçard Hoqland Vaşinqtonda bəyan edib.

Qeyd edək ki, Qarabağ danışıqlarında vasitəçilik missiyasını həyata keçirəcək Endryu Şofer Vyanada beynəlxalq təşkilatlar yanında ABŞ-ın Missiyasında çalışıb.

Xatırladaq ki, Riçard Hoqland bu ilin yanvarından ABŞ-ın ATƏT-in Minsk qrupunda müvəqqəti həmsədri vəzifəsini icra edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Qarabağ  





Xəbər lenti