Abituriyentlərin nəzərinə: Bir gün qaldı

Abituriyentlərin nəzərinə: Bir gün qaldı
  24 Avqust 2017    Oxunub:1713
Tələbə adını qazanan abituriyentlər avqustun 25-dək sənədlərini qəbul olduqları ali təhsil müəssisələrinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Abituriyentlər qeydiyyatdan keçmək üçün lazımi sənədlərin siyahısını qəbul olduqları ali təhsil müəssisələrindən öyrənə bilərlər. Müəyyən olunmuş müddətdə abituriyentin qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı “Abituriyent” jurnalının yeddinci nömrəsində qruplar üzrə dərc edilib.

AzVision.az


Teqlər: DİM   Abituriyent  





Xəbər lenti