Türkmənistan prezidenti İrəvanda Qarabağı müzakirə etmədi

Türkmənistan prezidenti İrəvanda Qarabağı müzakirə etmədi
  24 Avqust 2017    Oxunub:2768
Ötən gün axşam saatlarında İrəvana səfərə gedən Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov bu gün İrəvanda erməni həmkarı Serj Sarkisyanla görüşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, görüşdə iki ölkə arasında iqtisadi-siyasi əlaqələr, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Erməni mətbuatında yer alan məlumatlara görə, Türkmənistan və Ermənistan prezidentlərinin görüşündə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunmayıb.

Qeyd edək ki, Sarkisyan ötən gün Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Görüşdə bir sıra məsələlərlə yanaşı, Qarabağ problemi ətrafında da fikir mübadiləsi aparılıb. Görüşün Qarabağa dair detalları tam açıqlanmayıb. Putinlə görüş başa çatdıqdan sonra erməni prezident ölkəsinə geri qayıdıb.

AzVision.az


Teqlər: Ermənistan   Sarkisyan   Berdiməhəmmədov  





Xəbər lenti