Donbasda 10 mindən çox ukraynalı ölüb

Donbasda 10 mindən çox ukraynalı ölüb
  24 Avqust 2017    Oxunub:1424
Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib ki, Donbasda baş verən silahlı münaqişə nəticəsində 10 mindən çox ukraynalı həlak olub.
AzVision.az xəbər verir ki, bunu Ukrayna prezidenti Kiyevdə keçirilən hərbi paradda çıxışı zamanı bildirib.

“Ümumilikdə 10 mindən çox ukraynalının həyatı işğalçının vicdanındadır. Bunu heç vaxt unutmayacağıq və heç kimə bağışlamayacağıq”, - Poroşenko qeyd edib.

O, əlavə edib ki, Kiyev işğalçının yenidən hücum istəyinə hərbi cavab verməyə hazırdır: “Lakin biz Donbas və Krımın dinc, diplomatik, siyasi-hüquqi yolla geri qaytarılmasını prioritet hesab edirik”.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Ukrayna   Poroşenko   Donbas  





Xəbər lenti