Roberto Karlos həbs edildi

Roberto Karlos həbs edildi
  24 Avqust 2017    Oxunub:1808
Futbol üzrə Braziliya millisinin, İspaniyanın “Real” və Türkiyənin “Fənərbaxça” klublarının keçmiş müdafiəçisi Roberto Karlos iki övladının alimentini vermədiyi üçün 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Bu barədə Rio-de-Janeyro Məhkəməsi qərar çıxarıb. Məhkəmənin qərarına əsasən, 44 yaşlı Roberto Karlos keçmiş həyat yoldaşı Barbara Turlerə 20 min dollar ödəməlidir.

R.Karlos isə məhkəmədə alimentin ödənilməsinin gecikdirməsini maliyyə çətinliyi ilə əlaqələndirib.

Məlumata görə, keçmiş futbolçunun 9 uşağı var. Bu yaxınlarda xanımı Mariana Lukon qız dünyaya gətirib.

AzVision.az


Teqlər: Roberto-Karlos   Həbs  





Xəbər lenti