Erməni diplomat səfirliyin bütün əmlakını ələ keçirib

Erməni diplomat səfirliyin bütün əmlakını ələ keçirib
  24 Avqust 2017    Oxunub:1381
Ermənistanın Danimarkaya yeni təyin edilən səfiri Alik Arzumanyan səlahyyətlərini icra etmək üçün Kopenhagenə yola düşüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər ki, səfir təyinatı Arzumanyana heç də asan başa gəlməyəcək.

2011-ci ildən bu ölkədə səfir səlahiyyətlərini yerinə yetirən Hraçya Ağacanyan uğurlu iş adamı hesab edilir. O, səfirliyi əsasən öz vəsaitləri hesabına saxlayıb, məlum təyinatdan sonra ölkəni tərk edib.

Məlumatlara görə, o, Ermənistan hakiyyətinin rəsmi səlahiyyətli şəxsləri tərəfindən dəhşətli dərəcədə təhqirlərə məruz qalıb. Nəticədə, sabiq səfir buna cavab olaraq Danimarkdan öz vəsaiti ilə əldə etdiyi səfirliyi əmlakını götürüb.

Hazırda diplomatik skandala səbəb olan bu hadisə Ermənistanda ciddi müzakirə edilir. Erməni hakim dairələri büdcədə kəsir olduğunu irəli sürərək səfirliyin dağılma təhlükəsini istisna etmirlər.

Bəhlul Rzayev
AzVision.az


Teqlər: Ermənistan   Səfirlik  





Xəbər lenti