İrəvanda keçmiş hərbçi polisə atəş açıb

İrəvanda keçmiş hərbçi polisə atəş açıb
  24 Avqust 2017    Oxunub:1343
İrəvanın Ayvazovski və Artsax küçələrinin kəsişməsində saat 04:00 radələrində “Nissan Teana” markalı “05 NN 033” nömrəli avtomobilin sürücüsü V. Nazaryana məxsus “VAZ З 2108” markalı “34 AN 850” nömrəli avtomobili təqib edib.
AzVision.az-ın “Shamshyan.com” saytına istinadən verdiyi məlumata görə, hadisə Nazaryan işdən evə gedərkən baş verib. Bundan sonra “Nissan Teana”nın sürücüsü onu izləməyə başlayıb və Artsax küçəsində ona çataraq silahı ilə atəş açıb. Bundan sonra təqib başlayıb.

Tiqran Mets prospektinin və Qlinka küçəsinin kəsişməsinin yaxınlığında “Nissan”ın sürücüsü yenidən ona çataraq atəş açıb və bu dəfə ərazidən uzaqlaşıb. Axtarış nəticəsində şübhəli şəxs ələ keçirilib.

Məlumata görə, atəş açan İrəvan şəhər sakini, 36 yaşlı Artur Matinyan keçmiş hərbçidir. Onun avtomobilində cinayət zamanı istifadə etdiyi tapança aşkar edilib. Nazaryan isə İrəvan şəhər polis idarəsinin xüsusi taborunun üzvüdür.

Şahin Qocayev
AzVision.az





Teqlər: Ermənistan   İrəvan  





Xəbər lenti