Almaniyadan “Qarabağ”a təbrik

Almaniyadan “Qarabağ”a təbrik
  24 Avqust 2017    Oxunub:1484
Almaniyanın Azərbaycandakı səfirliyi Ağdamın “Qarabağ” klubunu Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsi münasibəti ilə təbrik edib. AzVision.az xəbər verir ki, bu barədə müvafiq mətn səfirliyin rəsmi “Facebook” səhifəsində yerləşdirilib.
“Almaniya Səfirliyi Azərbaycanlı izləyicilərimizi Qarabağ komandasının Çempionlar liqasının qrup mərhələsinə yüksəlməsi münasibətilə təbrik edir!

İlk dəfədir ki, bir Qafqaz komandası belə bir uğura imza atır. Azərbaycanlı futbolçulara uğurlar arzu edir və qrupları müəyyən edəcək püşkatmanın nəticələrini maraqla gözləyirik”, - deyə məlumatda bildirilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Almaniya   Qarabağ  





Xəbər lenti