Müstəqillik günündə Kiyevdə partlayış törədilib

Müstəqillik günündə Kiyevdə partlayış törədilib
  24 Avqust 2017    Oxunub:1483
Ukrayna paytaxtı Kiyevdə, Nazirlər Kabinetinin binasının yaxınlığında partlayış baş verib. Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.
Hadisə yerinə Ukrayna Xüsusi Xidmət orqanlarının əməkdaşları cəlb olunub.

İnsident şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ən azı iki nəfər ağır dərəcəli xəsarət alıb. Polis partlayışın baş vermə səbəblərini araşdırır.

Qeyd edək ki, bu gün Ukraynada müstəqillik günü qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Kiyev   Ukrayna  





Xəbər lenti