ABŞ erməni biznesmeni "qara siyahı"ya saldı

ABŞ erməni biznesmeni "qara siyahı"ya saldı
  24 Avqust 2017    Oxunub:1064
ABŞ Şimali Koreya məsələsi ilə bağlı sanksiyalar siyahısında Rusiya vətəndaşları ilə yanaşı bir ermənini də daxil edib.
AzVision.az-ın məlumatına görə, bu barədə məlumatı ABŞ Maliyyə nazirliyi yayıb.

Sanksiyalar, ABŞ-da onların maliyyə mənbələrinin dondurulmasını və viza məhdudlaşdırılmasını nəzərdə tutur. Məlumatlara görə, sanksiyalar siyahısına İrina Xuiş, Ruben Kirakosyan, Mixayil Piskilin və Andrey Sebin adlı Rusiya vətəndaşları daxil edilib.

Siyahıya, həmçinin, "Korea Tangun Trading Corporation" şirkətilə əlaqələrinə görə Rusiyanın "Qafest-M" şirkəti də daxil edilib.

Xatırladaq ki, Ruben Kirakosyanın da "Qafest-M"lə əlaqəsi olduğu bildirilir. Buradan belə nəticəyə gəlmək olar ki, siyahıya salınan erməninin də Şimali Koreya şirkətilə hər hansısa bir əlaqələri olub.

Şahin Qocayev
AzVision.az


Teqlər: ABŞ   Sanksiya  





Xəbər lenti