İcra Hakimiyyəti məsələdən xəbərsizdir

İcra Hakimiyyəti məsələdən xəbərsizdir
  11 Sentyabr 2013    Oxunub:1249
Xaçmaz Rayon İcra Hakimiyyəti rayonun iki kəndinin sakinlərinin Dağıstana köçürülməsinə aydınlıq gətirib.
İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, Xraxoba və Uryanoba kəndlərinin sakinlərinin köçürülməsi barədə onlara heç bir məlumat daxil olmayıb:`Bizim bu barədə heç bir məlumatımız yoxdur. Biz də sizdən eşidirik. Ona görə də heçnə deyə bilmərəm`.

Qeyd edək ki, Putin Xaçmazın Xraxoba və Uryanoba kəndlərinin Dağıstana köçürülməsi və məskunlaşma məsələsinin həlli üçün oktyabrın 1-dək vaxt verib. Xraxoba və Uryanoba kəndləri Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair 2010-cu ildə imzlanmış müqavilə əsasında Azərbaycanın tərkibinə verilib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti