Kiyevdə Azərbaycan səfirliyinin maşınını partlatmaq istədilər

Kiyevdə Azərbaycan səfirliyinin maşınını partlatmaq istədilər
  24 Avqust 2017    Oxunub:1572
Kiyevdə naməlum şəxslər Azərbaycan səfirliyinə məxsus avtomobilə partlayıcı paket atmağa çalışıb. AzVision.az xəbər verir ki, bunu “Ukrainskaya Pravda”ya hadisə şahidləri bildirib.
Qeyd edək ki, bir qədər əvvəl Ukrayna paytaxtı Kiyevdə, Nazirlər Kabinetinin binasının yaxınlığında partlayış baş verib. Bu barədə AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir.

Hadisə yerinə Ukrayna Xüsusi Xidmət orqanlarının əməkdaşları cəlb olunub.
İnsident şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ən azı iki nəfər ağır dərəcəli xəsarət alıb. Polis partlayışın baş vermə səbəblərini araşdırır.
Xatırladaq ki, bu gün Ukraynada müstəqillik günü qeyd olunub.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Kiyev   Azərbaycan  





Xəbər lenti