“Azərkosmos” yanğınların görüntülərini Gürcüstana verib

“Azərkosmos” yanğınların görüntülərini Gürcüstana verib
  24 Avqust 2017    Oxunub:1024
Avqustun 20-dən etibarən Gürcüstanın Borjomi-Xaraqulsk qoruğunda başlamış meşə yanğı ilə mübarizədə qonşu ölkəyə yardımın göstərilməsi ilə bağlı Prezident İlham Əliyevin tapşırığına əsasən, “Azərkosmos” ASC-nin idarəçiliyində olan “Azersky” peykindən təbii fəlakət ərazisinin təsvirləri çəkilərək Gürcüstanın Daxili İşlər Nazirliyinin Fövqəladə Halların İdarəolunması Agentliyinə təqdim olunub.
“Azərkosmos” ASC-dən AzVision.az-a bildirilib ki, bu təsvirlər əsasında yanğının yayıldığı ərazi və dəymiş ziyanın həcmi dəqiq qiymətləndirilib. Hadisənin kosmik monitorinqi hələ də davam etdirilir.

Qeyd edək ki, Yer kürəsinin istənilən nöqtəsi hər gün “Azersky” peyki tərəfindən operativ qaydada və yüksək ayırdetmədə müşahidə edilir.

AzVision.az


Teqlər: Gürcüstan   Azərbaycan  





Xəbər lenti