Bu ölkə müdafiə xərclərini iki dəfə artırır

Bu ölkə müdafiə xərclərini iki dəfə artırır
  24 Avqust 2017    Oxunub:992
Polşa növbəti 15 il ərzində müdafiəyə ölkə büdcəsindən əlavə 55 milyard dollar ayıracaq.
AzVision.az xəbər verir ki, bunu Polşa müdafiə nazirinin müavini Tomaş Şatkovski Röyter agentliyinə müsahibəsində söyləyib. Onun sözlərinə görə, vəsait ordunun sayının təqribən iki dəfə artırılmasına və onun modernləşdirilməsinə xərclənəcək, çünki avadanlığın üçdəiki hissəsi hələ Varşava müqaviləsi dövründən qalıb.

Hazırda Polşa müdafiə ehtiyaclarına ÜDM-nin təxminən 2,01 faizini xərcləyir.

AzVision.az



Teqlər: Polşa  





Xəbər lenti