Fars körfəzində gəmi faciəsi: 20 ölü

Fars körfəzində gəmi faciəsi: 20 ölü
  25 Avqust 2017    Oxunub:1428
Fars körfəzində İraqa məxsus gəmi ilə digər yük gəmisi ilə toqquşub.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, “Əl-Misbar” alı gəmi Xor-Abdalla kanalında “Royal Arsenal” adlı yük gəmisi ilə toqquşub. Qəza nəticəsində 20 nəfər ölüb, 11 nəfəri isə xilas etmək mümkün olub.

Qeyd edək ki, Xor Abdallah kanalı körfəzdə İraqla Küveytin sahilləri arasında yerləşir. “Royal Arsenal” yük gəmisi Sent-Vinsent və Qrenadanın dövlət bayrağı altında üzür. O, Kinqstaun limanında qeydə alınıb. Yük gəmisinin uzunluğu 189 metrdir. O, 1999-cu ildə suya buraxılıb.

AzVision.az


Teqlər: İraq   Körfəz  





Xəbər lenti