Tanınmış amerikalı aktyor vəfat edib

Tanınmış amerikalı aktyor vəfat edib
  25 Avqust 2017    Oxunub:1343
Amerikalı komik aktyor və radio aparıcısı Cey Tomas 69 yaşında vəfat edib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Cey Tomas “Mörfi Braun” serialındakı roluna görə iki dəfə “Emmi” mükafatına layiq görülüb.

O, “Rey Donovan”, “Batman”, “Sevgi qayığı” və digər filmlərdə də çəkilib. Habelə “Sirius Satellite” radiosunda “The Jay Thomas Show” proqramını aparıb.

AzVision.az


Teqlər: Amerika   Aktyor  





Xəbər lenti