Kubada ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb

Kubada ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb
  25 Avqust 2017    Oxunub:1061
Kubada baş verən insidentlər nəticəsində ABŞ səfirliyinin 16 əməkdaşı xəsarət alıb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Xezer Nauert bildirib.
Dövlət Departamentinin rəsmisinin sözlərinə görə, ABŞ-ın Havanadakı səfirliyinin bir neçə əməkdaşı xüsusi cihazların vasitəsi ilə “akustik hücuma” məruz qalıb.

“CBS News” telekanalı məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən məlumat yayıb ki, ABŞ və Kanadanın bir neçə diplomatına yüngül kəllə-beyin travması diaqnozu qoyulub.

Hələlik insidentlərin təfərrüatları açıqlanmır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: ABŞ   Kuba  





Xəbər lenti