Rusiyada 17 nəfər qəzada ölüb - Yenilənib

Rusiyada 17 nəfər qəzada ölüb - Yenilənib
  25 Avqust 2017    Oxunub:2212
Rusiyanın Krasnodar vilayətində avtobusun dənizə düşməsi nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.
AzVision.az “Ria Novosti”yə istinadən xəbər verir ki, xilas edilən 24 nəfərdən 8-i xəstəxanaya yerləşdirilib. Onlardan beşinin vəziyyəti ağırdır.

Qeyd olunub ki, avtobus 4 metr hündürlükdən düşüb. Hadisə yerinə 80 xilasedici cəlb edilib.

Faktla bağlı Cinayət Məcəlləsinin 264-cü maddəsi (ehtiyatsızlıq üzündən insanların ölümü ilə nəticələnən yol hərəkəti qaydalarının pozulması və nəqliyyat vasitələrinin istismarı) ilə cinayət işi açılıb.


**

Rusiyanın Krasnodar diyarında avtobus yoldan çıxaraq dənizə düşüb.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, avtobus Krımla Rusiyanı birləşdirən Kerç körpüsündə tikinti işləri ilə məşğul olan işçiləri aparırmış.

Avtobusun Volna qəsəbəsi ərazisində suya düşməsi nəticəsində 12 nəfər ölüb. Üç nəfərin həyatını xilas etmək mümkün olub.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Rusiya   Qəza  





Xəbər lenti