Türkiyə yenidən qarışdı

Türkiyə yenidən qarışdı
  11 Sentyabr 2013    Oxunub:1356
Hatayda keçirilən aksiyalarda həlak olan Ahmet Hakan üçün ötən gün Türkiyənin İstanbul şəhərindəki Taksim meydanında anım mərasimi və mətbuat konfransı keçirmək barədə çağırış edilib.
AzVision.az Türkiyə mtəbuatına istinadən xəbər verir ki, bu çağırışdan sonra polis Gezi Parkı, Taksim Meydanı istiqamətində nəqliyyatın hərəkətini məhdudlaşdırıb.

İstiqlal prospektində də tədbirlər görən polis əllərində qərənfillə dayanmış təxminən 50 nəfərlik qrupa müdaxilə edib. Bütün gecə davam edən nümayişlərdə bir neçə nümayişçi saxlanılıb.

Bundan başqa “Ahmet Hakan ölməzdir. AKP buna cavab verməli olacaq” sözləri yazılan plakatlar daşıyan təxminən min nəfər nümayişçi polisə fişəng atıb. Polisin atdığı bibər qazı bəzi küçələrdə sakinlərin nəfəs almağında çətinlik törədib.

Aksiyalara CHP-li və BDP-li millət vəkilləri də dəstək verib. Çıxışlardan sorna millət vəkilləri ilə birlikdə bütün aksiya iştirakçılar əllərindəki qərənfilləri İstiqlal prospektinin girişinə qoyub, aksiyanı oturaraq davam etdiriblər. Bu aksiya 15 dəqiqə davam edib.

Hatayda isə Ahmet Hakanın ölümünə etiraz aksiyası keçirilib. Polis aksoya iştirakçılarına təzyiqli su və bibər qazı ilə müdaxilə edib. Polisin müdaxiləsini isə aksiyaçılar molotov kokteyli, daş və şüşə atmaqla cavablandırıb. Polislərlə aksiyaçlar arasında qarşıdurmalar davam edir.

Qeyd edək ki, 22 yaşlı Ahmet Hakan polisin atdığı qaz bombasına görə həlak olub.

O, Antakya şəhərində ODTÜ-dəki etirazlara dəstək vermək və “Gezi Parkı” aksiyalarında həlak olan Abdullah Cömertin anımı məqsədilə keçirilən yürüşdə ölüb. Polisin atdığı qaz bombası onun başına dəyib.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti