Poroşenko azərbaycanlıya yüksək mükafat verdi

Poroşenko azərbaycanlıya yüksək mükafat verdi
  25 Avqust 2017    Oxunub:2438
Ukrayna Prezidenti Pyotr Poroşenko ölkənin tanınmış ictimai-siyasi xadimlərinin mükafatlandırılması barədə Fərman imzalayıb.
Ukraynanın dövlət quruculuğu, sosial, elm və texnologiya, iqtisadiyyat, mədəniyyət və təhsil sahələrinin inkişafına, əhəmiyyətli əmək nailiyyətlərinə və yüksək xidmətlərinə görə mükafatlandırılanlar arasında azərbaycanlı heykəltəraş Seyfəddin Qurbanov da var. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” mükafatına layiq görülüb.

S.Qurbanov açıqlamasında bildirib ki, ona verilən mükafat Azərbaycan dövlətinə, xalqına olan münasibətdən qaynaqlanır: “Ukraynada çalışdığım dövrdən həmişə Azərbaycanın adını uca tutmuşam və bundan sonra da uca tutacağam”.

Qeyd edək ki, S.Qurbanov 1962-ci ildə Naxçıvan Muxtar Respublikasının Siyaqut kəndində anadan olub, Ukraynanın Xalq Rəssamı, Xarkov Dövlət Dizayn və İncəsənət Akademiyasının heykəltəraşlıq kafedrasının müdiri, Xarkov vilayətinin fəxri vətəndaşıdır, Azərbaycanın və xarici ölkələrin çoxsaylı təltiflərinə, o cümlədən “Tərəqqi” medalına layiq görülüb. (AzərTAc)

AzVision.az


Teqlər: Ukrayna   Poroşenko  





Xəbər lenti