Diplomatik qalmaqal: Macarıstan Niderlanddakı səfirini geri çağırdı

Diplomatik qalmaqal: Macarıstan Niderlanddakı səfirini geri çağırdı
  25 Avqust 2017    Oxunub:1897
Macarıstan Niderlanddakı səfirini geri çağırıb.
AzVision.az xarici KİV-ə xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto deyib.

Onun sözlərinə görə, Niderlandda diplomatik nümayəndəliyin səviyyəsi müvəqqəti işlər vəkilliyinədək azaldılıb.

“Bağlı qapılar arxasında verilən açıqlama bizi qane etmir. Macarıstana və macar xalqına münasibətdə irad tutmaq icazəsi heç kimə verilməyib”.

Qeyd edək ki, Niderlandın Macarıstandakı səfiri Qayus Şeltemin macar mətbuatına müsahibəsində Macarıstan hökumətini terrorçulara oxşadıb.

AzVision.az





Teqlər: Macarıstan   Niderland  





Xəbər lenti