"Suriyadan İŞİD-i məhv etdikdən sonra çıxacağıq" - Rusiyalı general

"Suriyadan İŞİD-i məhv etdikdən sonra çıxacağıq" - Rusiyalı general
  25 Avqust 2017    Oxunub:1630
Suriya ərazisində terrorçulara qarşı keçirilən əməliyyat ekstremist qruplaşmalar tam məhv edilənə qədər davam edəcək.

AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın Suriya ərazisindəki qoşunlarının komandanı Sergey Surovkin bildirib.
“İŞİD və “Cəbahət ən-Nusra” terror qruplaşmalarına qarşı əməliyyat onlar tam məhv edilənə qədər davam edəcək”, - rus general deyib.

General vurğulayıb ki, Suriya qoşunları Rusiya Hərbi-Kosmik Qoşunlarının dəstəyi ilə regionda sülhü tezliklə bərpa etməyə cəhd edir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Suriya   Rusiya   İŞİD  





Xəbər lenti