Keçmiş baş nazir ölkədən qaçdı – Rüşvət qalmaqalı

Keçmiş baş nazir ölkədən qaçdı – Rüşvət qalmaqalı
  25 Avqust 2017    Oxunub:1531
Rüşvət almaqda ittiham edilən Tailandın keçmiş baş naziri Yinqlak Çinnavat ölkədən qaçıb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu sabiq hökumət başçısının lideri olduğu “Tailand üçün” Partiyadan bildiriblər.

Qeyd olunub ki, keçmiş baş nazir çəltiyin becərilməsi üzrə subsidiya proqramının həyata keçirilməsi zamanı rüşvət almaqda günahkar bilinir.

Məhkəmə onun həbs edilməsi barədə qərar qəbul etsə də sabiq baş nazir məhkəmə iclasında iştirak etməyib.

Qeyd edək ki, Y.Çinnavataya qarşı irəli sürülən ittihamlar təsdiqlənərsə, onu 10 il həbs cəzası gözləyir.

AzVision.az



Teqlər: Tailand  





Xəbər lenti