“Facebook” hər gün 1 milyondan çox hesabı bloklayır
"Facebook"un nümayəndəsi, həmçinin xatırladıb ki, sosial şəbəkə 100-dən çox ölkənin qanunvericiliyini nəzərə alaraq işləməyə məcburdur.
Xatırladaq ki, Avropa İttifaqı bir neçə dəfə ABŞ şirkətini ekstremist məzmunla zəif mübarizədə ittiham edib. Məsələn, 2016-cı ilin dekabrında Avropa Komissiyası "Facebook", "Microsoft" və başqa şirkətlərdən ədavət salan məzmunla aktiv mübarizə aparmağı tələb edib. Qeyd edilirdi ki, əks təqdirdə Avropa İttifaqı tərəfindən qəbul ediləcək qanunverici aktlar şirkətləri öz üzərinə götürülmüş öhdəlikləri icra etməyə məcbur edəcək. (AzərTAc)
AzVision.az
Teqlər: Facebook