Aydın Mirzəzadə Əli Kərimliyə səsləndi

Aydın Mirzəzadə  Əli Kərimliyə səsləndi
  11 Sentyabr 2013    Oxunub:1183
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə AXCP sədri Əli Kərimlinin Facebook-da yazdığı statusa cavab verib.

AzVision.az millət vəkilinin fikirlərini təqdim edir :

-Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli dünən Facebook səhifəsində yazıb:

“ O qədər çox olmalıyıq ki, kampaniya dövründə 100 minlərlə ailənin qapısını döyə bilək..."

Bu etiraf müəyyən suallar doğurur. Bu o deməkdirmi ki, radikal müxalifət cəmiyyətdə qəbul edilmədildiyini etiraf edir. Əgər onlar hələ bundan sonra çox çalışmaqla yüz minlərin qapısını döymək istəyirlərsə, indi sayları nə qədərdir ? Azərbaycanda 5 milyondan çox seçici ( bu isə azı 2 miyon seçici ailəsi deməkdir ) olduğu halda, radikallar hələ bundan sonra yüz min qapını döymək istəyirlər. Seçki başlamamış nə tez bayraqlarını yerə qoymağa başlayırlar ?

Nihadə


Teqlər:





Xəbər lenti