Milli Şura mitinq üçün yer seçə bilmir

Milli Şura mitinq üçün yer seçə bilmir
  11 Sentyabr 2013    Oxunub:1271
`Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edəcəyik`
Milli Şuranın növbəti mitinqinin vaxtı bəlli olub.

Milli Şuranın mitinq komitəsinin rəhbəri Asəf Quliyev AzVision.az-a açıqlamasında bildirib ki, qurumun növbəti mitinqi sentyabrın 22-nə təyin olunub: `Qərar vermişik ki, mitinqi sentyabrın 22-də keçirək. Amma hələ ki, yer tapa bilmirik. Nəzərimizdə keçmiş `Qələbə` kinoteatrının arxasındakı stadionu tutmuşuq. Sabah Milli Şuranın iclasında yenidən mitinq müraciətinə baxacağıq. Sabahkı müzakirədən sonra Bakı Şəhər İcra Hakimiyyətinə mitinq üçün müraciət edəcəyik`.

Qeyd edək ki, Milli Şura ilk mitinqini avqustun 18-də keçirib.

Nihadə Eyyubova


Teqlər:





Xəbər lenti