Ermənistanın 8 hərbçisi istintaqa cəlb olunub

  26 Avqust 2017    Oxunub : 2058
Ermənistanın 8 hərbçisi istintaqa cəlb olunub
“Ando” kimi tanınan hərbi qulluqçunun intihar etməsi ilə bağlı Ermənistanın daha 8 hərbçisi istintaqa cəlb olunub.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, avqustun 20-də hərbi hissənin ərazisində avtomatı çənəsinə söykəyərək intihar etmiş 1991-ci il təvəllüdlü Andranik Mkrtçyanın ölümü səbəbindən “özünü öldürmə həddinə çatdırılma” maddəsi ilə açılan cinayət işi üzrə istintaq davam edir.

Ermənistan Respublikası İstintaq Komitəsinin Hərbi İstintaq Baş İdarəsinin Xüsusi Mühüm İşlər Üzrə İstintaq İdarəsinin bildirdiyinə görə təkcə bir epizod üzrə Yerevan yaxınlğında, Kanakerdə hərbi bazasında Andranik Mkrtçyanla birlikdə xidmət edən 8 nəfər hərbi qulluqçu istintaqa cəlb olunub.

Andranik Mkrtçyanın intihar etməsindən sonra başlanan cinayət işinin belə ajiotaj doğurmasına səbəb “Ando”nun başqa hərbçilərlə birlikdə gənc əsgərləri mütəmadi olaraq işgəncələrə və cinsi istismara məruz qoymasıdır.

İstintaq İdarəsininin əməkdaşlarının bildirdiyinə görə, Andranik Mkrtçyanın - “Ando”nun və onunla birlikdə xidmət edən digər hərbçilərin işğal olunmuş Kəlbəcərdə döyüş postunda törətdikləri başqa cinayət əməlləri də araşdırılır.

AzVision.az

Teqlər: Ermənistan