Şimali Koreya üç ballistik raket buraxdı

Şimali Koreya üç ballistik raket buraxdı
  27 Avqust 2017    Oxunub:1567
ABŞ Silahlı Qüvvələrinin yaydığı məlumata görə, avqustun 26-da səhər Şimali Koreya kiçik radius məsafəli üç ballistik raket buraxıb. Həmin raketlərdən ikisi şimal-şərq istiqamətində 250 kilometr uçub, üçüncü isə buraxılışdan dərhal sonra partlayıb.
Beləliklə, ABŞ-ın Sakit okean komandanlığı özünün əvvəlki qiymətləndirməsini dəyişdirib. Belə ki, əvvəlcə buraxılışlardan heç birinin uğurlu olmadığı bildirilirdi.

Cənubi Koreya Silahlı Qüvvələri qərargah rəislərinin birləşmiş komitəsi isə bəyan edib ki, şərqdə yerləşən Kanvon əyalətinin Kitteryon rayonu yaxınlığından Yapon dənizi istiqamətində bir neçə raket buraxılıb. Raketlərin 250 kilometr uçaraq şimal-şərqi Xamqyon-Punkto əyalətinin Kimçxeq sahilləri yaxınlığında dənizə düşdüyü bildirilir.

Cənubi Koreya Prezidentinin dəftərxanasının yaydığı məlumata görə, buraxılışların təhlili və Cənubi Koreyanın Silahlı Qüvvələrinin müdafiə qabiliyyətini qiymətləndirmək üçün Milli Təhlükəsizlik Şurasının iclası çağırılıb. (AzərTAc)

AzVision.az


Teqlər: ABŞ   Şimali-Koreya  





Xəbər lenti