Güclü qasırğa 300 min nəfəri işıqsız qoydu

Güclü qasırğa 300 min nəfəri işıqsız qoydu
  27 Avqust 2017    Oxunub:1672
“Harvi” qasırğası ABŞ-ın Texas ştatında 300 min insanı elektrik enerjisiz qoyub.
"RİA Novosti"-nin verdiyi xəbərə görə, qasırğa nəticəsində, həmçinin onlarla ev dağılıb.

Qeyd edək ki, “Harvi” son 12 ildə ABŞ ərazisində ən güclü qasırğadır.

Onu da xatırladaq ki, ABŞ prezidenti Donald Tramp “Harvi” qasırğası ilə əlaqədar Texas ştatını təbii fəlakət zonası elan edib.

AzVision.az


Teqlər: ABŞ   Qasırğa  





Xəbər lenti