1 həftədə 43 terrorçu məhv edilib

1 həftədə 43 terrorçu məhv edilib
  27 Avqust 2017    Oxunub:1688
Türkiyənin Şırnak, Hakkari, Diyarbakır əyalətlərində 17-24 avqust tarixlərində keçirilən anti-terror əməliyyatları zamanı 43 terrorçu məhv edilib.
Türkiyə KİV-lərinin yaydığı xəbərə görə, əməliyyatların gedişində 27 ədəd silah, 280 kiloqram alışqan və partlayıcı maddələr, 3 raket qurğusu, 4 tüfəng, 2 tapança, 5,2 kiloqram С-4 tipli partlayıcı maddə və xeyli sayda bombaların hazırlanmasında istifadə olunan müxtəlif partlayıcı maddələr götürülüb.

Bundan əlavə Türkiyənin təhlükəsizlik qüvvələri 9440 nəfərin dövlət sərhədini qanunsuz keçmək cəhdinin qarşısını alıb.

Əməliyyatlar gedişində 2 hərbçi həlak olub, 9-u isə yaralanıb.

AzVision.az


Teqlər: Türkiyə   PKK   Terror  





Xəbər lenti