Londondakı terrora görə bir nəfər tutulub

Londondakı terrora görə bir nəfər tutulub
  28 Avqust 2017    Oxunub:1381
Britaniya kraliçasının rəsmi iqamətgahı sayılan “Buckingham Palace”da törədilən son teraktdan sonra daha bir nəfər həbs edilib.
Polisdən verilən məlumata əsasən, hadisə ilə əlaqədar bu saatadək 26 və 30 yaşlarında 2 nəfər həbs edilib.

Terakt nəticəsində 2 polis əməkdaşı yaralanıb. Kral ailəsinin üzvlərindən isə heç kəs iqamətgahda olmayıb.

Baş nazir Tereza Mey və şəhər meri Sadiq Xan açıqlmasında bu hadisədən sonra londonluların indiyə qədər görülməmiş birlik nümayiş etdirdiyini qeyd ediblər. Hadisə nəticəsində yaralanan polis əməkdaşları ilə birgə olduqlarını ifadə ediblər.

Qeyd edilib ki, bu il ərzində Britaniya bir neçə terakt ilə üzləşdi və son hadisə vəziyyətin kritik olaraq qaldığını sübut etdi. Britaniya polisi ictimaiyyət nümayəndələrinin tam təhlükəsizliyini təmin etmək üçün gecə gündüz çalışır. (AzərTAc)

AzVision.az


Teqlər: London   Terror  





Xəbər lenti