Magistr imtahanına iki gün qalıb

Magistr imtahanına iki gün qalıb
  01 Mart 2013    Oxunub:1506
TQDK magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2013-ci il martın 3-də cari tədris ili üçün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanının birinci mərhələsini keçirəcək.

Komitənin mətbuat xidmətindən verilən məlumata görə,imtahan Respublikanın 4 şəhərində - Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində aparılacaq.

Ali təhsil müəssisələrinin magistraturalarına ərizələrin qəbulu internet vasitəsilə aparılmış, bakalavrlar “Bakalavrın elektron ərizəsi” formasını 2013-cü il fevralın 11-dən 21-dək olan müddətdə doldurmuş və ərizələrini 2013-cü il fevralın 12-dən 22-dək olan müddətdə təsdiq etdiriblər.

İmtahanda iştirak etmək üçün 21623 bakalavr ərizə təqdim edib. Onlardan 19080 nəfəri Azərbaycan bölməsi, 2543 nəfəri rus bölməsi üzrə imtahan verəcəkdir. Ərizə verənlərin 10154 nəfəri oğlan, 11469 nəfəri isə qızlardır. Bakalavrlardan 11963 nəfəri cari ilin məzunları, 9660 nəfəri isə əvvəlki illərin məzunlarıdır. İmtahanda iştirak edəcək ən yaşlı bakalavr 1958-ci il təvəllüdlü, ən gənc isə 1994-cü il təvəllüdlüdür.

Qəbul imtahanı Bakı şəhərində 30, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 5, Lənkəran şəhərində 1 binada keçiriləcəkdir. Bakıda 18092, Naxçıvanda 651, Gəncədə 2541, Lənkəranda isə 339 bakalavrın imtahan verəcəyi gözlənilir.

İmtahanın idarə olunması üçün 144 imtahan rəhbəri, 1638 nəzarətçi-müəllim cəlb olunacaq.

İmtahanda iştirak etmək üçün bakalavrlar fevralın 27-dən etibarən elektron ərizələrinə daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edib götürürlər. Orada göstərilən ünvanda və tarixdə imtahanda iştirak etmək üçün bakalavrlar "İmtahana buraxılış vərəqəsi"ni və şəxsiyyəti təsdiq edən sənədin əslini imtahana mütləq gətirməlidirlər.

Bütün bölgələrdə qəbul imtahanının gedişini TQDK-da akkreditasiyadan keçmiş 50-dən çox KİV nümayəndəsi müşahidə edəcəkdir.

ü İmtahan bütün binalarda eyni vaxtda - saat 13:00-da başlanır və sualların cavablandırılmasına 2 saat 30 dəqiqə vaxt ayrılır.

ü Bakalavrlara ümumi intellekt səviyyəsinin (məntiqi təfəkkür) yoxlanılması üzrə 50, xarici dil üzrə 25 və informatika fənni üzrə 25 test tapşırığı təqdim olunur.


Teqlər:  





Xəbər lenti