Türkiyədə məşhur aparıcı qətlə yetirilib - FOTO+VİDEO

Türkiyədə məşhur aparıcı qətlə yetirilib -
 FOTO+VİDEO
  28 Avqust 2017    Oxunub:7832
Türkiyənin tanınmış televiziya aparıcısı, bir çox seriallarda rol alan Vatan Şaşmaz bu gün axşam saatlarında qətlə yetirilib.

AzVision.az "Habertürk"-ə istinadən xəbər verir ki, 43 yaşlı teleaparıcının və sevgilisi, keçmiş maniken Filiz Akerin meyiti Beşiktaşda yerləşən məşhur otellərdən birində tapılıb.
Məlumata görə, V.Şaşmaz aralarında düşən mübahisə zəminində sevgilisi tərəfindən odlu silahla öldürülüb. Hadisədən sonra Filiz Aker əlindəki silahla özünü güllələyərək intihar edib.

Hazırda faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Vatan Şaşmaz "Çocuklar duymasın", "Dudaktan kalbe" kimi məşhur seriallara çəkilib.







AzVision.az


Teqlər: Türkiyə   Qətl  





Xəbər lenti