8 terrorçu zərərsizləşdirilib

8 terrorçu zərərsizləşdirilib
  28 Avqust 2017    Oxunub:1392
Türkiyənin Van, Muş və Ərzincan vilayətlərində PKK terror təşkilatına qarşı həyata keçirilən əməliyyatlar nəticəsində səkkiz terrorçu zərərsizləşdirilib.
"Anadolu" agentliyinin yaydığı məlumata görə, daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı PKK-nın 7 üzvü məhv edilib. Türkiyə Daxili İşlər Nazirliyinin bu barədə yazılı açıqlamasında Vanda dörd, Muşda iki, Ərzincanda isə bir terrorçunun zərərsizləşdirildiyi bildirilib.

Bundan başqa, hərbi hava qüvvələrinin dəstəyi ilə Ərzincanın Kemah rayonunda keçirilən əməliyyat zamanı da bir terrorçu öldürülüb.

AzVision.az


Teqlər: Türkiyə   PKK  





Xəbər lenti