Kapitanı azərbaycanlı olan gəmi iki yerə bölündü - VİDEO

Kapitanı azərbaycanlı olan gəmi iki yerə bölündü - VİDEO
  28 Avqust 2017    Oxunub:16447
İstanbulun Sarıyer rayonu ərazisində Monqolustan bayrağı altında üzən "Leonardo" adlı 114 metr uzunluğunda olan yük gəmisi ortadan ikiyə bölünüb.
AzVision.az "Report"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Sahil Polisi Baş İdarəsinin məlumatında bildirilir.

Hadisə gecə saat 3 radələrində quru yük gəmisi təmir üçün Tuzladakı tərsanəyə aparılarkən Sarıyer Demirciköy sahillərində baş verib. 1975-ci ilin istehsalı olan gəminin ön hissəsi aşağıya doğru əyildiyindən arxa hissəsi qırılaraq gövdədən ayrılıb.

Əraziyə Sahil Təhlükəsizlik Baş İdarəsinin axtarış və xilasetmə yedəkləri başda olmaqla 8 sahil təhlükəsizlik gəmisi və sahil təhlükəsizlik qüvvələri sövq edilib.
Qısa müddət ərzində hadisə yerinə çatan komandalar, gəminin Azərbaycan əsilli kapitanı ilə Rusiya və Hindistan əsilli 10 nəfərlik ekipajını xilas ediblər. Quruya çıxarılan heyət üzvləri xəstəxanalara aparılıb.

Ortadan bölünən gəminin bir hissəsi batıb. Əsas gövdə isə komandalar tərəfindən sahilə çəkilib.



AzVision.az


Teqlər: Türkiyə   Gəmi   Kapitan  





Xəbər lenti