Ərdoğan İrana səfər edəcək

Ərdoğan İrana səfər edəcək
  28 Avqust 2017    Oxunub:3719
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda İrana səfər edəcək.
AzVision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu İran XİN-in rəsmi nümayəndəsi Bəhram Qasimi bildirib.

“Yaxın vaxtlarda cənab Ərdoğanın Tehrana səfəri gözlənilir. Dəqiq tarix müəyyənləşən kimi biz bu barədə açıqlama verəcəyik”, - İran XİN-in rəsmisi deyib.

Qeyd edək ki, bundan əvvəl İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Bakiri Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanla görüşüb. Görüşdə əsas mövzu Suriya və İraqdakı vəziyyət olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   Ərdoğan   İran  





Xəbər lenti