Azərbaycan və Rusiyadan hakim özbaşnalığına etiraz

Azərbaycan və Rusiyadan hakim özbaşnalığına etiraz
  28 Avqust 2017    Oxunub:1957
Rusiya Boks Federasiyası Pyotr Xomukovla kolumbiyalı Xorxe Vivas Palasiosun döyüşünün nəticəsinə etiraz edib və hakimlərin səhvə yol verdikləri üçün dünya çempionatından kənarlaşdırılmasını tələb edib.
AzVision.az “TASS”-a istinadən xəbər verir ki, bunu Federasiyanın baş katibi Umar Kremlev bildirib.

"Biz etiraz verdik və hakimləri kənarlaşdırmağı tələb edirik. Bunu belə qoymaq olmaz, əsl hakim özbaşınalığıdır. Azərbaycanın da hakimlərlə bağlı etirazı var”, - Kremlev vurğulayıb.

Qeyd edək ki, Almaniyanın Hamburq şəhərində kişi boksçular arasında dünya çempionatında Lorenzo Sotomayorun debütü uğurlu alınmayıb. 64 kq çəki dərəcəsində mübarizə aparan təmsilçimiz 1/8 final səddini keçə bilməyib. O, çətin keçən görüşdə misirli Eslam Muhamedə 2:3 (28:29, 28:29, 30:27, 27:30, 30:27) hesabı ilə məğlub olub.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Boks   Rusiya  





Xəbər lenti