Qocalar evində yanğın - 4 nəfər ölüb

Qocalar evində yanğın - 4 nəfər ölüb
  28 Avqust 2017    Oxunub:1318
Rusiyanın Krasnoyarsk şəhərində qocalar evində baş verən yanğında 4 nəfər ölüb.
AzVision.az xəbər verir ki, bu barədə “TASS”-a regionun təcili xidmətindəki mənbə deyib. Bildirilib ki, yanğına görə 30 nəfər evakuasiya edilib.

Ehtimal edilir ki, yanğın pansionatının yanında istifadəsiz tikilidə baş verib. Bundan sonra alov binanın ikinci mərtəbəsi və eyvana keçib. Təqribən 200 kvadratmetr sahə külə dönüb. Yanğın söndürülüb.

AzVision.az




Teqlər: Rusiya   yanğın  





Xəbər lenti