Xaçaturov Ermənistana qayıdır - Sarkisyanla danışıqlar aparacaq

Xaçaturov Ermənistana qayıdır - Sarkisyanla danışıqlar aparacaq
  28 Avqust 2017    Oxunub:1308
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) erməni baş katibi Yuri Xaçaturov 28-30 avqust tarixlərində Ermənistana səfər edəcək.
AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, səfər 2017-ci ilin payızında Minskdə Kollektiv Təhlükəsizlik Şurası və Xarici İşlər Nazirləri Şurası, Müdafiə Nazirləri Şurası və KTMT-nin Təhlükəsizlik Şurasının katibliyinin birgə iclasına hazırlıq məqsədi daşıyır.

Xaçatorvun bu məqsədlə KTMT-ya üzv olan digər ölkələrə də səfəri planlaşdırılır.

Ermənistana səfəri çərçivəsində KTMT rəhbərinin prezident serj Sarkisyan, XİN rəhbəri Edvard Nalbandyan, müdafiə naziri Vigen Sarkisyan və parlamentinin spikeri ilə görüşü gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər: Xaçaturov   KTMT   Ermənistan  





Xəbər lenti