Azərbaycanın xüsusi dəstəsi Borjomini tərk edir

Azərbaycanın xüsusi dəstəsi Borjomini tərk edir
  28 Avqust 2017    Oxunub:1999
Azərbaycanlı yanğınsöndürən və xilasedicilər Borjomini tərk edirlər.
AzVision.az xəbər verir ki, bu barədə “Rustavi -2” telekanalı məlumat yayıb.

“Ermənistandan olan xilasedici-yanğınsöndürən briqadası, Türkiyə aviasiyası artıq ərazini tərk edib. Yaxın vaxtlarda Azərbaycan və Belarus helikopterləri də Gürcüstan ərazisini tərk edəcəklər”, - deyə məlumatda bildirilib.

Qeyd edək ki, Gürcüstan hökumətinin müraciətinə əsasən, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığı ilə təbii fəlakət zonasına FHN-nin 22 texnikası, o cümlədən 1 helikopteri və 131 nəfər canlı qüvvəsi, Dövlət Sərhəd Xidmətinin 2 helikopteri və 6 nəfər ekipaj heyəti cəlb edilib.

Ümumilikdə isə Borjomi bölgəsində yanğınlar avqustun 20-dən başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: FHN   Gürcüstan   Borjomi  





Xəbər lenti