Allahşükür Paşazadə erməni katolikosu ilə görüşəcək

Allahşükür Paşazadə erməni katolikosu ilə görüşəcək
  28 Avqust 2017    Oxunub:4563
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə və erməni katolikosu II Qaregin arasında görüş keçiriləcək.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu barədə katolikosluğun informasiya bölməsinin direktoru, keşiş Vahram Melikyan bildirib.

Onun sözlərinə görə, görüş sentyabrın 8-də Moskvada baş tutacaq.

Qeyd edilib ki, görüş Ümumrusiya Pravoslav Kilsəsinin Patriarxı Kirillin vasitəçiliyi ilə baş tutacaq.

Şahin Qocayev
AzVision.az


Teqlər: QMİ   Allaşükür-Paşazadə   Qaregin  





Xəbər lenti