İranın sabiq XİN rəhbəri Türkiyədə ölüb

İranın sabiq XİN rəhbəri Türkiyədə ölüb
  28 Avqust 2017    Oxunub:1152
İranın sabiq xarici işlər naziri İbrahim Yəzdi 86 yaşında Türkiyədə vəfat edib.
AzVision.az “İnterfax”-a istinadən xəbər verir ki, Yəzdi ötən gün Türkiyənin İzmir şəhərində yerləşən xəstəxanlardan birində dünyasını dəyişib. Sabiq XİN rəhbəri xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

O, əvvəlcə müalicə üçün Amerikaya getməyi planlaşdırıb, lakin ABŞ rəhbərliyi ona viza verməkdən imtina edib.

Qeyd edək ki, keçmiş nazirin nəşi yaxın günlərdə Türkiyədən İrana göndəriləcək.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Türkiyə   ABŞ   İran   Sabiq-nazir  





Xəbər lenti