NATO müdafiə xərclərini artırmaq istəyir

NATO müdafiə xərclərini artırmaq istəyir
  28 Avqust 2017    Oxunub:1077
"Avropa İttifaqı (Aİ) NATO-suz qala bilməz"
AzVision.az xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq “Rzeczpospolita” nəşrinə müsahibəsində deyib.

“NATO dünyada ən güclü hərbi alyansdır. Çünki böyük saxlama gücünə malikdir. Bu güc Vaşinqton razılaşmasının beşinci bəndinə əsaslanır. Bu bəndə əsasən bir tərəfdaşa hücum bütün NATO-ya hücum kimi dəyərləndirilir”, - deyə Stoltenberq vurğulayıb.

Aİ-nin ümumi müdafiə siyasətindən danışan Stoltenberq vurğulayıb ki, rəqabətdən çəkinmək lazımdır: “Aydındır. Bunu bir çox avropalı liderlər də bildirir. Biz daha çox Avropa gücü, daha müasir qabiliyyətlər, müdafiəyə daha çox xərc, daha az fikir ayrılığı istəyirik”, - deyə Stoltenberq vurğulayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Avropa-İttifaqı   NATO  





Xəbər lenti