Tibb işçisi azı 84 xəstəni öldürüb

Tibb işçisi azı 84 xəstəni öldürüb
  28 Avqust 2017    Oxunub:1571
Almaniyada ömürlük azadlıqdan məhrum edilən tibb işçisi 84-dən artıq insanın ölümündə təqsirli bilinir.
AzVision.az “DPA” agentliyinə istinadən xəbər verir ki, bunu Almaniyanın Oldenburq şəhərində təqsirli şəxsin cinayət işini aparan müstəntiqlər bildirib.

2008-ci ildə tibb işçisi Nils Heyqel xəstənin öldürülməsi ittihamı ilə mühakimə edilib və 7 il həbs cəzası alıb. Lakin sonradan həkim və psixoloqların dindirilməsi nəticəsində onun daha iki xəstəni öldürülməsi barədə yetərli sübutlar əldə edilib. Nəticədə məhkəmənin qərarı ilə o, ömürlük azadlıqdan məhrum edilib.

Lakin 2016-cı ildə məlum olub ki, Nils ən azı 33 nəfərin ölümündə təqsirkar bilinib. Hazırda isə bu rəqəm minumum 84-ə çatıb.

N.Heyqel bəyan edib ki, həddən artıq dozada dərman verməklə xəstələri reanimasiyaya yerləşdirib öz həmkarları qarşısında xilasedici rolunda çıxış etmək məqsədi güdüb.

AzVision.az




Teqlər: Almaniya   tibb-işçisi  





Xəbər lenti