Ermənistanda tələbələr üsyana hazırlaşır

Ermənistanda tələbələr üsyana hazırlaşır
  28 Avqust 2017    Oxunub:2763
Erməni tələbələr tərəfindən “Facebook” sosial şəbəkəsində “Ölkəmizin sahibi bizik” təşəbbüsü ilə “dərs və iş tətili” adlı event yaradılıb.

AzVision.az xəbər verir ki, eventdə digər sahələrdə olduğu kimi sentyabrın 1-dən etibarən orta məktəblərdə və ali təhsil müəssisələrində tətillərə başlamaq təklif olunur.
Bildirilir ki, Ermənistanda tələbələrin genişmiqyaslı aksiyası sentyabrın 1-dən mütəşəkkil hal alacaq. Etirazçı tələbələr meydanda aksiyanı sistemləşdirmək üçün hər fakültədən bir qrup təşkil edəcəklər.

Təşəbbüs qrupu axşam saatlarında etirazçıları “Azadlıq” meydanına toplanmağa, hakim rejimin cinayətlərinə qarşı çıxış etməyə çağırıb.

Xatırladaq ki, “Sasna Tser hərəkatı”nın əsas hissəsini gənclər, tələbələr, məktəblilər və iş adamları təşkil edir. Hazırda sosial-iqtisadi baxımdan gərgin vəziyyətdə olan Ermənistanın hakim rejiminə məktəbli və tələbələrin qarşı çıxması hərəkatın getdikcə güclənəcəyini göstərir.

Bəhlul Rzayev
AzVision.az




Teqlər: Ermənsistan   Etiraz   Tələbə  





Xəbər lenti