Ermənistanda hərbçilərin döyülməsi gizlədilir

Ermənistanda hərbçilərin döyülməsi gizlədilir
  28 Avqust 2017    Oxunub:1486
Avqustun 27-də işğal edilmiş Ağdərə istiqamətində yerləşən Ermənistan ordusunun təlim mərkəzində insident baş verib. Poliqonun hərbi qulluqçusu Artur Bağdasaryan xidmət yoldaşları tərəfindən vəhşıcəsinə döyülüb.
AzVision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, üzərində çoxlu döyülmə izləri olmasına və müxtəlif dərəcəli bədən xəsarətləri almasına baxmayaraq komandiri A. Bağdasaryanın hospitala yerləşdirilməsinə icazə verməyib və baş vermiş olayın gizlədilməsi üçün lazım olan bütün tədbirlər görülüb.

Kazarmada müxtəlif bəhanələrlə saxlanılan hərbi qulluqçunun sağalana qədər valideyinləri ilə görüşməsinə də imkan verilmir.

Qeyd edək ki, Ermənistan ordusunun işğal edilmiş ərazilərimizdə yerləşən hissələrində son iki ay ərzində 10-dan çox nizamnamədən kənar münasibətlər zəminində cinayət hadisəsi baş vermişdir. Belə hadisələr zaman ən çox xəsarət alanlar isə gənc əsgərlər, xusisilə də Ermənistandan Qarabağa gətirilənlərdir.

AzVision.az


Teqlər: Ermənistan  





Xəbər lenti