ABŞ-ın yeni həmsədri fəaliyyətə başlayır

ABŞ-ın yeni həmsədri fəaliyyətə başlayır
  28 Avqust 2017    Oxunub:1727
ATƏT-in Minsk qrupunun ABŞ-dan olan yeni həmsədri vəzifəsinin icrasına başlayıb.

AzVision.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin nümayəndəsi Hizer Noyert avqustun 28-də bəyanatla çıxış edib.
Bəyanatda bildirilib: “Cənab Şofer Avropada və beynəlxalq təşkilatlarda qazandığı böyük iş təcrübəsini özü ilə birlikdə bu vəzifəyə gətirəcək. Birləşmiş Ştatlar əvvəlki kimi qəti şəkildə Minsk qrupu prosesinə və Dağlıq Qarabağ münaqişəsinin dinc yolla və davamlı nizamlanmasına müvəffəq olmaqda tərəflərə kömək göstərməyə tərəfdardır”.

Qeyd olunub ki, ABŞ Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn, o cümlədən Helsinki Yekun Aktının norma və prinsipləri əsasında ədalətli həllini dəstəkləyir: “Endrü Şofer tərəflərin bu məqsədə çatmalarına kömək etməyə ümid bəsləyir”.

Bəyanatda vurğulanıb ki, ABŞ Endrü Şoferin təyinatı barədə Azərbaycan və Ermənistan hökumətlərini məlumatlandırıb.

AzVision.az


Teqlər: ABŞ   Qarabağ   Həmsədr  





Xəbər lenti