Mikroavtobus çaya aşıb - 10 nəfər ölüb

Mikroavtobus çaya aşıb - 10 nəfər ölüb
  29 Avqust 2017    Oxunub:1368
Tacikistanın cənub-şərqində baş verən yol qəzasında 4-ü uşaq olmaqla 10 nəfər həlak olub.
"Ria Novosti"-nin verdiyi məlumata görə, hadisə Roştkala-Xoroq istiqamətində hərəkət edən mikroavtobusun Şoxdar çayına aşması nəticəsində qeydə alınıb.

İlkin məlumata görə, qəza içərisində 13 sərnişinin olduğu mikroavtobusun sürücüsünün idarəetməni itirməsi nəticəsində baş verib. Digər üç sərnişin müxtəlif dərəcəli bədən xəsarəti alıb.

AzVision.az


Teqlər: Qəza  





Xəbər lenti