Şimali Koreyanın buraxdığı raket Sakit okeana düşüb

Şimali Koreyanın buraxdığı raket Sakit okeana düşüb
  29 Avqust 2017    Oxunub:1117
Bu gün səhər saatlarında Şimali Koreyanın buraxdığı raket Yaponiyanın Hokkaydo adasının üzərindən uçaraq Sakit okeana düşüb.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, raket Sakit okeana düşməzdən əvvəl üç hissəyə bölünüb.

Yaponiya hökuməti raketin orta məsafəli ballistik raket olduğunu iddia edir. Dağıntılar barədə məlumat verilmir.

Qeyd edək ki, bu, Şimali Koreyanın Yaponiya ərazisi üzərindən uçan beşinci sınaq raketidir.

AzVision.az


Teqlər: Şimali-Koreya   Raket  





Xəbər lenti