Ermənistanda çörək bahalaşacaq

Ermənistanda çörək bahalaşacaq
  29 Avqust 2017    Oxunub:1454
Ermənistanda çörək 20 dram bahalaşacaq.
AzVision.az xəbər verir ki, bu barədə “Johovurd” nəşri yazıb. Qeyd olunub ki, çörək bahalaşmasa belə, sahibkarlar məhsulun çəkisini aşağı salacaq: “Buna səbəb Kənd Təsərrüfatı Nazirliyinin ərzaq məhsullarının təhlükəsizlik xidmətinin rəisi İşhan Karapetyanın qərarıdır. Belə ki, qərara əsasən sentyabrın 1-dən ət və un məhsullarının daşıyıcıları mütləq sanitariya pasportu almalıdırlar. Bu sənədi olmayan sahibkarı isə 300 min dram cərimə gözləyir.

Belə pasport almaq üçün əlavə maliyyə vəsaiti lazımdır. Bir maşının ekspertizasının qiyməti 15 min dram, maşın avadanlığının ölçüsündən asılı olaraq ekspertizanın qiyməti isə 100 min dram təşkil edir. Sahibkarlar deyirlər ki, xərcləri ya un məhsullarının qiymətinin bahalaşması ilə, ya da çörəyin çəkisinin azaltmaqla kompensasiya etməyə çalışacaqlar”.

İlkin Nəcəfzadə
AzVision.az




Teqlər: Ermənistan   Çörək  





Xəbər lenti